Dünya

Gürcüstanda Şovi kurortunda baş verən faciə ilə əlaqədar cinayət işi açılıb – VİDEO

Sharing is caring!


Gürcüstanın Daxili İşlər Nazirliyi Şovi kurort şəhərində 18 nəfərin faciəvi ölümü ilə nəticələnən torpaq sürüşməsi ilə əlaqədar cinayət işi açıb.

Bu barədə Gürcüstan DİN-in Fövqəladə Halların İdarə Olunması Xidmətinin rəisi Teymuraz Mqebrişvili məlumat verib.

O qeyd edib ki, Gürcüstan Cinayət Məcəlləsinin 116-cı (ehtiyatsızlıqdan ölümə səbəb olduqda) və 240-cı (mədən, tikinti və ya digər işlərin aparılması zamanı təhlükəsizlik qaydalarını pozma) maddələri cinayət işi ilə başlanılıb.

Xatırladaq ki, avqustun 3-də Gürcüstanın qərbində, Raça yüksək dağlıq rayonunda baş vermiş torpaq sürüşməsi nəticəsində Şovi kurort mərkəzi tamamilə məhv olub. Təbii fəlakət nəticəsində 18 nəfər həyatını itirib, 16 şəxs itkin düşmüş hesab edilir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir