Dünya

Peskov növbəti prezident seçkisində kimin qalib gələcəyini açıqladı

Sharing is caring!


“2024-cü ildə Rusiyada keçiriləcək prezident seçkilərində səslərin 90%-dən çoxu Vladimir Putinin yenidən prezident seçilməsinə veriləcək”.

“The New York Times” qəzetinin məlumatına görə, bunu nəşrə müsahibəsində Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bizim prezident seçkilərimiz tam olaraq demokratiya deyil, bahalı bürokratiyadır. Putin gələn il 90 faizdən çox səslə yenidən prezident seçiləcək”, – Kremlin sözçüsü bildirib.

O, Rusiya-Ukrayna müharibəsinin perspektivlərini də şərh edib. Peskovun sözlərinə görə, hazırda tərəflər arasında sazişin imzalanması üçün heç bir əsas yoxdur və Rusiya yaxın gələcəkdə “xüsusi əməliyyatı” davam etdirəcək.

“Biz sadəcə olaraq indi Konstitusiyamızda bizim torpaqlarımız kimi yazılmış bütün torpaqlara nəzarət etmək istəyirik”, – deyə Peskov vurğulayıb.

Lakin sonradan Kremlin mətbuat katibi sözlərinin yanlış yozulduğunu bəyan edib. 

“Məqalənin müəllifi mənim sözlərimi tamamilə səhv şərh edib. Mən demişəm ki, cəmiyyətin prezident ətrafında cəmləşmə səviyyəsi tamamilə görünməmiş həddədir və əgər onun namizədliyi irəli sürülsə, böyük üstünlüklə yenidən seçiləcək, seçkilərin özü isə nəzəri cəhətdən əlavə xərcdir. Lakin prezidentin özü təkid edib ki, seçkilər məcburi olmalıdır. Bu, demokratiyanın tələbidir”, – deyə Peskov vurğulayıb.

Xatırladaq ki, Ukrayna ərazilərinin ilhaqından sonra Rusiya Konstitusiyasında qondarma Donetsk və Luqansk Xalq Respublikaları, Xerson və Zaporojye vilayətləri Rusiya əraziləri siyahısına daxil edilib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir