Dünya

Ukrayna və Rusiya arasında növbəti dəfə əsir mübadiləsi aparılıb – FOTO/VİDEO

Sharing is caring!

Oktyabrın 29-da Ukrayna və Rusiya arasında növbəti dəfə hərbi əsir mübadiləsi aparılıb.

Bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak özünün “Telegram” kanalında xəbər verir.

Onun sözlərinə görə, 52 ukraynalı vətənə qaytarılıb.

O da qeyd olunur ki, azadlığa çıxanlardan ən gəncinin 19, ən yaşlısının isə 56 yaşı var. Bəzi şəxslərin döyüş yaraları və ya xroniki xəstəlikləri var.

Azad edilmiş döyüşçülərə yaxın vaxtlarda lazımi tibbi yardım göstəriləcəyi vurğulanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir