Dünya

Moskvada ilin ən isti günü qeydə alındı

Sharing is caring!


Bazar günü səhər Moskvada hava 30,2 dərəcəyə qədər isinib ki, bu da Rusiya  paytaxtında ilin əvvəlindən bəri ən yüksək temperatur olub.

Bu barədə avqustun 6-da Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand məlumat verib.

Meteoroloqun sözlərinə görə, bundan əvvəl 2023-cü ilin ən isti günü iyulun 6-da olub. O zaman hava 29,1 dərəcəyə qədər isinib.

Bununla yanaşı, sinoptik havanın temperaturunun yüksəlməkdə davam etdiyini və buna görə də yaxın saatlarda yalnız daha da isti olacağını vurğulayıb.

Mənbə: pnp.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir