Dünya

Parisdə yaşayış binasında güclü partlayış: Yaralananlar var

Sharing is caring!


Parisin şimalında yaşayış binasında güclü partlayış baş verib. Nəticədə azı beş nəfər xəsarət alıb.

İnsident şəhərin 18-ci rayonunda beşmərtəbəli binanın dördüncü mərtəbəsindəki mənzildə baş verib. Binanın fasadının bir hissəsi uçub.

Bildirilir ki, binada kiçik hotel fəaliyyət göstərir.

Qeyd olunur ki, zərərçəkənlərdən birinin vəziyyəti ağır, digər dörd nəfərin vəziyyəti isə orta ağırdır.

Partlayışın nəticələrinin aradan qaldırılması üçün 100 yanğınsöndürən cəlb olunub, ev sakinləri təxliyə edilib. Hazırda hadisə yeri mühasirəyə alınıb, binanın uçma riski barədə məlumat verilmir. Partlayışın səbəbləri hələ müəyyən edilməyib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir