Dünya

Məşhur aktyorun keçmiş sevgilisinin naməlum kişi ilə səmimi görüntüləri yayıldı – FOTO

Sharing is caring!


Məşhur fransız model Tina Kunaki paparazzilərin obyektivinə tuş gəlib.

Aprel ayında aktyor Vinsent Kasseldən ayrılan Tina Kunakinin naməlum kişi ilə səmimi görüntülərini əks etdirən kadrlar yayılıb.

Videogörüntülərdə 26 yaşlı qaraşın model bir oğlanı qucaqlayır. Tina nadir hallarda şəxsi həyatı ilə bağlı məlumat verir, buna görə də cütlüyü nəyin birləşdirdiyini yalnız təxmin etmək qalır.

Xatırladaq ki, Kassel və Kunaki 2018-ci ildə evləniblər. Cütlüyün Amazoni adlı bir qızı var. Pərəstişkarları 30 yaş fərqinə baxmayaraq cütlüyə pərəstiş edirdilər.

Şayiələrə görə, Vinsent Kassel və Tina Kunakinin ayrılığına səbəb modelin vəfasızlığı olub. Aktyor tez bir zamanda yeni bir gənc sevgili tapıb və Kunaki də görünənə görə, vaxt itirməyib.

Mənbə: Muz-tv.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir