Dünya

Ukraynada səhiyyə xidməti göstərən şəxslər körpələri xarici ölkələrə satıblar – FOTO

Sharing is caring!


Ukraynanın hüquq-mühafizə orqanlarının əməkdaşları Kiyev və Xarkovdakı tibb klinikalarında surroqat analar tərəfindən doğulan uşaqların əcnəbilərə satılması ilə bağlı cinayət sxemini ifşa ediblər.

Məlumatı Ukrayna Baş Prokurorluğu yayıb.

Qeyd olunur ki, cinayət sxeminin təşkilatçıları tibbi klinikanın rəhbərliyi, klinikanın menecerləri, həkimlər və inzibatçılar olublar.

Cinayətkar qrup yeni doğulan uşaqların surroqat analığın qadağan olunduğu ölkələrdə yaşayan xarici vətəndaşlara pul mükafatı müqabilində satışını həyata keçirib.

Mənbə: “Nexta Live” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir