Dünya

Sadio Manenin “Ən-Nəsr”ə keçidi dəqiqləşdi

Sharing is caring!


Sadio Mane Almaniyanın “Bavariya” klubundan ayrılıb.

Məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, seneqallı vinger karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. O, “Ən-Nəsr”lə anlaşıb. Mane yeni klubu üçün tibbi müayinədən keçib.

Mənbənin sözlərinə görə, futbolçu “Bavariya”da qalmaq istəyib. Lakin Münhen təmsilçisi onu satmağı məqsədəuyğun hesab edib.

31 yaşlı Mane keçən ilin yayında İngiltərənin “Liverpul” klubundan “Bavariya”ya keçib. O, ötən mövsüm Münhen təmsilçisinin heyətində 38 oyun keçirib, 12 qol və altı məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Kriştianu Ronaldunun da formasını geyindiyi “Ən-Nəsr” bu yay Fransa “Lans”ından Seko Fofana, İngiltərə “Mançester Yunayted”indən Aleks Telleş və İtaliya “İnter”indən Marselo Brozoviçi transfer edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir