Dünya

Rusiyada turistlərin faciəvi ölüm anının görüntüləri yayıldı – VİDEO

Sharing is caring!


Rusiya Federasiyasında qasırğa zamanı arasında uşaqlar da olmaqla 10-a yaxın turistin ölüm anı ilə bağlı görüntülər yayılıb. Kadrlar avtomobillərdən birinə quraşdırılmış kamera ilə qeydə alınıb.

Qeyd edək ki, faciə Mari El Respublikasında Yalçık və Tahir gölləri yaxınlığında baş verib.

Düşərgədə ağacların aşması 29 turistin yaralanmasına, üçü uşaq olmaqla 8 nəfərin ölümünə səbəb olub. Bundan başqa Tair gölü yaxınlığında biri uşaq olmaqla iki nəfər, Yalçık yaxınlığında altısı uşaq olmaqla 27 nəfər yaralanıb.

İstintaq Komitəsi baş verənlərlə əlaqədar “insanların ölümünə səbəb olan təhlükəli xidmətlərin göstərilməsi” maddəsi ilə cinayət işi açıb.

Mənbə: News.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir