Dünya

Güney Azərbaycanda göl tamamilə quruyub – FOTO

Sharing is caring!


Güney Azərbaycanda Urmiya gölü ətrafında davam edən ekoloji fəlakətlə eyni vaxtda Qərbi Azərbaycan əyalətinin Sulduz (Nəqədə) bölgəsindəki Yadigarlı gölü də tamamilə quruyub.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Qeyd edək ki, bundan öncə ekoloqların xəbərdarlıqlarına baxmayaraq, aidiyyəti məsul şəxslər Urmiya gölündə ekoloji problemin dərinləşməsinə baxmayaraq, ətraf göllərin, o cümlədən Yadigarlı gölünün qurumaq təhlükəsi olmadığını bildirmişdilər.

Məlumata görə, 1530 hektar səth ölçüsünə malik olan göl tamamilə quruyub. 

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir