İdman

Çempionlar Liqası: PSJ-dən qələbə, “Bavariya” gözlənilmədən uduzdu – VİDEO

Sharing is caring!


UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ikinci oyun günündə daha iki qarşılaşma keçirilib.

Turnirin favoritlərindən sayılan “Bavariya” “Latsio”nun qonağı olub.

Mühnen klubu 67-ci dəqiqədə azlıqda qalıb. Upomekanonun meydandan qovulmasından sonra təyin edilən penaltini İmmobile dəqiq yerinə yetirib. Bu, görüşdə yeganə qol olmaqla italyanların qələbəsini təmin edib – 1:0.

Günün digər matçında PSJ “Real Sosyedad”ı qonaq edib. Qarşılaşma proqnozlaşdırılan ssenari üzrə baş tutub və ev sahiblərinin mütləq üstünlüyü ilə başa çatıb. 58-ci dəqiqədə Mbappe və 70-ci dəqiqədə Barkola fərqləniblər – 2:0.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir