Dünya

Rusiya Ukraynada yaşayış binası və təhsil müəssisəsinə zərbə endirdi: Ölənlər və yaralanlar var – FOTO/VİDEO

Sharing is caring!


Rusiya Ukraynanın Krivoy Roq şəhərinə raket zərbələri endirib.

Ölkənin Daxili İşlər Nazirliyi bu barədə məlumatı təsdiqləyib və bununla bağlı nazirliyin mətbuat xidməti “Telegram” kanalında paylaşım edib.

“Hazırda hadisə yerində bütün lazımi qurumlar işləyirlər. Təhlükəsizlik tədbirlərinə riayət edin. Hava hücumu xəbərdarlıq siqnalı bitənə qədər sığınacaqlarda qalın. Əlavə məlumatlar dəqiqləşdirilir!”, – deyə məlumatda qeyd edilib.

Bir müddət sonra daxili işlər naziri İqor Klimenko bildirib ki, rusiyalılar şəhərə iki raket zərbəsi endiriblər. Bunlardan birincisi təhsil ocağının dördmərtəbəli binasına düşüb.  

“Ehtimal ki, dağıntılar altında insanlar var. Xilasedicilər və polis işləyirlər”, – deyə o əlavə edib.

İkinci raket isə yaşayış binasının dördüncü mərtəbəsindən doqquzuncu mərtəbəsinə qədər olan hissəsini məhv edib və nəticədə yanğın başlayıb.

“Xilasedicilər yanğını söndürür və dağıntıları təmizləyirlər. Orada hələ də insanlar ola bilər”, – deyə vurğulanıb.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, yaşayış binasının 4-9-cu mərtəbələri dağılıb, xilasedicilər qapı-qapı gəzir, sakinlər təxliyə edilir.

Zərbənin tuş gəldiyi təhsil müəssisəsinin binasında 2-ci mərtəbədən 4-cü mərtəbəyə qədər olan hissə uçub, 3 nəfər xəsarət alıb.

Həmçinin daxili işlər naziri İqor Klimenko telemarafonun efirində bildirib ki, şəhərə endirilən zərbələr nəticəsində 2 nəfər ölüb. Daha 5-7 nəfər dağıntılar altındadır.

Mənbə: ZN.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir