İdman

Maksim Medvedev: “Bu il yaxşı imkanımız var”

Sharing is caring!


“Əsas işimizi görmüşük. Qrupda oynayacağıq”.

Oxu.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Maksim Medvedev UEFA Avropa Liqasının qrup mərhələsinin I turunda Norveçin “Molde” klubuna qarşı keçirəcəyi matçdan öncə təşkil olunan mətbuat konfransında deyib.

Komandanın kapitanı bu mövsüm avrokuboklarda daha irəli gedə biləcəklərini söyləyib:

“Daha əvvəl qrupdan çıxmağa yaxın olmuşuq. Bu il yaxşı imkanımız var və bundan istifadə edə bilərik. Əlimizdən gələni edəcəyik. Komandada hamı oynamaq istəyir. Heyətimiz daha da genişlənib. İnanıram ki, belə həvəslə bu il daha irəli gedə biləcəyik“.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir