Dünya

Batumidə rusiyalı turistləri daşıyan gəmiyə etiraz edənlər saxlanılıblar – VİDEO

Sharing is caring!


Rusiya vətəndaşlarını daşıyan “Astoria Grande” kruiz laynerinin daxil olduğu Batumi limanında (Gürcüstan) müxalifət partiyalarının 10-a yaxın etirazçısı polis tərəfindən saxlanılıb.

Limanda nümayişlər yerli vaxtla gecə yarısı başlayıb. Aksiyada vətəndaş fəalları və müxalif siyasi partiyanın üzvləri iştirak ediblər.

Qeyd edək ki, Soçidən çıxan “Astoria Grande” iyulun 27-də Gürcüstanın Batumi limanına girib. Gürcü müxalifətçiləri bunu beynəlxalq sanksiyalardan yayınma hesab ediblər. Onların fikrincə, laynerdəki rusiyalıların əksəriyyəti Gürcüstanın işğal olunmuş hesab etdiyi Abxaziya və Cənubi Osetiya ərazilərinə əvvəllər səfər etdikləri üçün Gürcüstanın “İşğal haqqında” qanununu pozublar.

Öz növbəsində, Gürcüstanın iqtisadiyyat nazirinin müavini Quram Quramişvili jurnalistlərə bildirib ki, “Astoria Grande” layneri beynəlxalq sanksiyalar siyahısında yoxdur və müvafiq olaraq heç bir məhdudiyyəti pozmur.

“Turizm sektoru iqtisadiyyatımıza böyük töhfə verir, ona görə də biz seçici ola bilmərik. Rusiya vətəndaşlarının Gürcüstana avtomobil və hava yolu ilə daxil olması üçün yol açıq olduğu halda, dəniz yolu ilə gələnlər üçün süni maneələr yaratmaq olmaz”, – deyə Quramişvili bildirib.

Mənbə: İnterfaks

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir