Dünya

Çexiyada rusiyalı oliqarxın əmlakına həbs qoyuldu

Sharing is caring!


Çexiyada rusiyalı oliqarx Vladimir Yevtuşenkov və oğlu Feliksin əmlakına həbs qoyulub.

Bundan əvvəl isə respublika hökuməti Yevtuşenkovları milli sanksiyalar siyahısına daxil edib.

Çexiyanın maliyyə departamenti Yevtuşenkova məxsus bir neçə çex firmasının ümumi məbləği 100 milyon kron (təxminən 4,6 milyon dollar) olan hesablarını və əmlakını dondurub. Onların arasında elektrik detallarının istehsalı ilə məşğul olan şirkət də var.

Bundan əlavə, hakimiyyət oliqarxa məxsus Karlovı Varıdakı beşulduzlu otel-sanatoriya “Savoy Westend”i də müsadirə edib. İndi o, məhdud rejimdə işləyir – heç bir formada ödəniş qəbul etmir və yalnız daha əvvəlki iyun ayının sonuna qədər sifariş olunmuş turlar üçün ödəniş etmiş qonaqlara xidmət göstərir.

Bildirilir ki, Vladimir Yevtuşenkovun Çexiyanın kurort şəhərindəki əmlakının ümumi dəyəri 500 milyon krondan (təxminən 23 milyon dollar) çoxdur.

Mənbə: currenttime.tv

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir