Dünya

Mahir Emreli üçün uğurlu gecə: Bir qol və bir məhsuldar ötürmə – VİDEO

Sharing is caring!


Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi “Dinamo” (Zaqreb) Xorvatiya çempionatında 2-ci turunda səfərdə “İstra 1961” ilə qarşılaşıb.

Qarşılaşma Azərbaycan millisinin hücumçusu olan Mahir Emreli üçün uğurlu alınıb.  

26 yaşlı hücumçu sözügedən görüşdə meydana start heyətdə çıxıb.

6-cı dəqiqədə Luka İvanuşeçin vurduğu qolun ötürməsini məhz M. Emreli verib.

Həmçinin o, 57-ci dəqiqədə komandasının 2-ci qoluna imza atıb və fərqi bir qədər də artırıb.

“İstra 1961” – “Dinamo” (Zaqreb) 0:3

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir