İdman

İspaniya La Liqasında mövsümə yekun vuruldu – YENİLƏNİB + VİDEO

Sharing is caring!


İspaniya La Liqasında mövsümə yekun vurulub.

Oxu.Az xəbər verir ki, sonuncu – 38-ci turda çempion “Barselona” səfərdə “Selta”ya uduzub – 1:2.

Öz meydanında “Jirona”nı məğlub edən (2:1) “Osasuna” 7-ci yeri tutaraq Konfrans Liqasına vəsiqə əldə edib.

Çempion “Barselona” ilə yanaşı, “Real Madrid”, “Atletiko” və “Real Sosyedad” Çempionlar Liqasında, “Vilyarreal” və “Betis” Avropa Liqasında yarışacaqlar.

“Elçe” və “Espanyol”un ardınca “Valyadolid” də elita ilə vidalaşıb. Komanda 40 xalla 18-ci yeri tutub.

23:43

İspaniya La Liqasında sonuncu – 38-ci turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, “Real Madrid” “Atletik”i qonaq edib.

Matçda qalib müəyyənləşməyib – 1:1. Hesabı qonaq komandanın heyətində Oihan Sanset açsa da, 72-ci dəqiqədə Madrid klubunda son oyununu keçirən Kərim Benzema bərabərliyi təmin edib.

Digər qarşılaşmada “Atletiko” “Vilyarreal”ın qonağı olub. Bu matçda da qalib müəyyənləşməyib – 2:2. Meydan sahiblərinin heyətində Nikolas Cekson və Xorxe Paskual fərqləniblər. “Atletiko”un qollarını isə Anxel Korrea vurub.

Bu nəticələrdən sonra “Real Madrid” 78 xalla 2-ci olaraq gümüş medalları əldə edib, 1 xal az toplayan “Atletiko” 3-cü və bürünc medalçı olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir