Dünya

Alla Puqaçovanın vəziyyəti qəfil pisləşib

Sharing is caring!


Məşhur rusiyalı müğənni Alla Puqaçovanın halı kəskin pisləşib.

Bildirilir ki, bir ay əvvəl İsraildən Yurmalaya (Latviya) köçən korifey ifaçı bu müddət ərzində ictimaiyyət qarşısına çıxmayıb, hətta yaxın dostu Layma Vaykulenin musiqi festivalına da getməyib.

Ehtimallara görə, Puqaçovanın ürəyində problemlər olduğundan İsraildən Latviyaya uçuş onun səhhətinə mənfi təsir edib.

Yayılan məlumatlarda ifaçının halsızlıqdan yataqdan qalxa bilmədiyi qeyd edilib.

Hazırda onun yanında əri və uşaqları var. Puqaçovanın böyük qızı Kristina Orbakayte də əri və qızı ilə Avropa tətilini yarımçıq qoyaraq Yurmalaya, anasının yanına yollanıb.

Mənbə: kp.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir