Mədəniyyət

Əfsanəvi “The Eagles” qrupunun üzvü vəfat etdi – FOTO

Sharing is caring!


Əfsanəvi “The Eagles” musiqi qrupunun üzvü Rendi Meysner vəfat edib.

Amerikalı bas gitara ifaçısı və müğənni 77 yaşında ağciyərin xroniki obstruktiv xəstəliyindən qaynaqlanan ağırlaşmalar səbəbindən dünyasını dəyişib.

1971-ci ildə məşhur “The Eagles” musiqi qrupunun yaradılmasında rolu olan Rendi Meysner daha sonra “Take It To The Limit” mahnısını ifa edib və eyni zamanda da mahnının yazılmasına kömək edib.

Rendi Meysner, həmçinin, qrupun meqahitləri olan “Hotel California” və “The Best Of My Love” mahnılarının ərsəyə gəlməsinə də öz töhfəsini verib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir