Dünya

Mahsun Kırmızıgül 16 ildən sonra musiqi dünyasına geri dönüb

Sharing is caring!


Türkiyəli sənətçi Mahsun Kırmızıgül 16 ildən sonra musiqi dünyasına geri dönüb.

Məlumata görə, sənətçi yeni mahnısını media mənsublarına iki adda – “Psikiloji’” və “Benim Adım İsyan” kimi təqdim edib.

Qeyd edək ki, sənətçi avqustun 4-də rəqəmsal platformalarda dinləyiciləri ilə görüşəcək.

“Uzun müddət oxumadığıma görə səs tellərim kifayət qədər paslanmışdı. 16 il fasilə verməsəydim, bu müddətdə ən azı 50-60 mahnım çıxardı. Musiqi sektoru rəqəmsala keçəndən sonra insanlar bu sənayedə istədikləri gəliri əldə edə bilmirlər. Biz albom çıxaranda milyonlarla dollar qazanırdıq. Sənətçilər bir-birinə paxıllıq edirlər. Məsələn, gözəl bir bəstəyə qulaq asanda “kaş mən də edə biləydim” deyirəm. Bu, hamımızın təbiətində var. Bəlkə də, dayanmayıb yaxşı mahnılar ərsəyə gətirsəydim, sənətçi dostlarım da daha yaxşısını etməyə çalışardılar. Yeganə peşmanlığım budur”, – deyə Kırmızıgül bildirib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir