Dünya

Yunanıstanda meşə yanğınları Afina yaxınlığına çatıb – VİDEO

Sharing is caring!


Yunanıstanda meşə yanğınları paytaxt Afina yaxınlığına çatıb.

Məlumata görə, şəhər ətrafında Kifissiya ərazisində yanğın küləyin güclənməsi səbəbindən sürətlə yayılıb. Bu yanğının söndürülməsinə bir neçə helikopter və yanğınsöndürmə briqadası cəlb olunub. Bundan başqa, Volos şəhəri yaxınlığında meşə yanğınlarının yayılması hələ də dayandırılmayıb. Buna görə, ən işlək magistrallardan birinin müəyyən hissəsi bağlanıb, dəmiryol nəqliyyatının hərəkəti fasilələrlə davam edir.

Qeyd edək ki, Rodosda artıq 10-cu gündür ki, yanğınla mübarizə aparılır. Həmçinin Evbeya adasında da yenidən yanğınlar başlayıb.

Təbii fəlakət nəticəsində meşələr məhv olur, heyvanlar, quşlar yanır, yaralanır, ölürlər.

Mənbə: interfax

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir