Dünya

Nyu-Yorkun məşhur küçəsində kran alovlanaraq yolun ortasına aşdı: Qonşu binalar boşaldılır – FOTO/VİDEO

Sharing is caring!


ABŞ-nin Nyu-York şəhərinin mərkəzi məşhur Manhetten küçəsində tikinti kranı alovlanıb.

Nəticədə kran aşıb və zərbədən yaxınlıqdakı şüşə göydələnə ziyan dəyib.

Şahidlər sosial şəbəkələrdə hadisə yerindən görüntülər paylaşıblar.

Videoda alovlanan texnikanın aşdığı və digər göydələnin divarına necə dəydiyi, daha sonra isə küçənin ortasına düşdüyü əks olunub.

Kranın aşdığı ərazidə olan insanlar qaçaraq canlarını qurtara biliblər. Səlahiyyətlilər ehtiyat tədbiri kimi yaxınlıqdakı binaların təxliyə olunduğunu bildiriblər. Yaxınlıqdakı küçələr nəqliyyatın hərəkəti üçün bağlanıb.

Yanğınsöndürənlər alovun qarşısını almağa çalışsalar da, buna güclə nail olublar.

Hələ yanğın və kranın aşması nəticəsində ölənlər və ya xəsarət alanlar barədə məlumat yoxdur.

Mənbə: İzvestiya, “Lenta dnya” “Telegram”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir