Dünya

Qazaxıstanda dəhşətli partlayış: Yanacaqdoldurma məntəqəsi bir anda alovlara büründü – VİDEO

Sharing is caring!


Qazaxıstanın Ekibastuz şəhərində yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib, azı bir nəfər həlak olub.

Bu barədə Qazaxıstan Fövqəladə Hallar Departamenti xəbər yayıb.

Bildirilir ki, partlayış nəticəsində 4 çən yanıb. Yanğın ərzaq mağazasına keçib, hazırda qonşu tikililərə keçməsi təhlükəsi var.

Hadisə yerinə yanğınsöndürənlər və xüsusi texnikalar cəlb olunublar.

Partlayış yerinin yaxınlığında 17 yaşlı gəncin meyiti tapılıb. Onun kimliyi müəyyənləşdirilir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir