Cəmiyyət

Fərəh Əliyeva: “Üç müsabiqədə ən çox qalib birinci “Yüksəliş” müsabiqəsində olub”

Sharing is caring!


“Artıq ölkəmizdə üçüncü “Yüksəliş” müsabiqəsi keçirilib və 37 mindən çox şəxs müraciət edib”.

Oxu.Az-ın məlumatına görə, bunu “Yüksəliş” müsabiqəsi Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva ADA Universitetində qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı bildirib.

O qeyd  edib ki, üç müsabiqədə ən çox qalib birinci “Yüksəliş” müsabiqəsində olub:

“Həmin vaxt 27 nəfər qalib olub. Qeyd edim ki, “Yüksəliş”lə bağlı cəmiyyətdən neqativ hallarla bağlı mesaj almamışıq”.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsinin 22 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 000 AZN dəyərində pul mükafatı gözləyir.

Məlumat üçün bildirək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir.

Qeyd edək ki, üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir