Dünya

Tatarıstanda kollec tələbələri İran dronlarını yığmağa məcbur edilirlər – FOTO

Sharing is caring!


Tatarıstanın Alabuqa Politexnik Kollecinin yüzlərlə tələbəsi İranın “Shahed” pilotsuz uçan aparatlarını (PUA) yığmağa cəlb olunub.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.  

Məsələ ilə bağlı “Protokol” nəşri və “RZVRT” “Youtube” kanalı apardıqları birgə araşdırmanın  nəticələrinə əsasən material dərc edib.

Qeyd edək ki, əvvəlcə bu işə əsasən 15-17 yaşlı yeniyetmələr cəlb edilsələr də, hazırda PUA istehsalı ilə bütün kursların tələbələri məşğul olur.

Nəşrin yazdığına görə, tələbələrə nə işlə məşğul olduqları barədə danışmaq qadağan edilib. Qaydanı pozanları isə külli miqdarda cərimə gözləyir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir