İdman

“Linkoln”un baş məşqçisi: “Qarabağ” Çempionlar Liqasının qrupuna düşməyə namizədlər arasındadır” – FOTO

Sharing is caring!


“Qarabağ” çox üstün futbol nümayiş etdirdi və qələbəyə layiq idi”.

Oxu.Az xəbər verir ki, bunu Cəbəllüttariqin “Linkoln” klubunun baş məşqçisi Xavi Munyos Çempionlar Liqasının l təsnifat mərhələsində Bakıda “Qarabağ”a qarşı cavab oyunundan sonra təşkil edilən mətbuat konfransında deyib.

0:4 hesabı ilə məğlub olub mübarizəni dayandıran komandanın çalışdırıcısı fikirlərini belə davam etdirib:

“Oyunun əvvəlindən bizim üçün çətin oldu. Bunu gözləyirdik. Məğlubiyyətə baxmayaraq, futbolçularımla qürur duyuram. Avropada mübarizə aparan çox sadə klubuyuq. Sona qədər mübarizə apardıq”.

İspaniyalı mütəxəssis Azərbaycan çempionunun erkən qol vurmasının onların planlarını pozduğunu söyləyib:

“Hər oyun üçün planımız olur. “Qarabağ” erkən qol vurdu. Rəqibin heyətində keyfiyyətli futbolçular var. Fərdi keyfiyyətləri çox yüksəkdir və kollektiv olaraq güclüdürlər. Erkən qol planlarımızı həyata keçirməyə imkan vermədi”.

X.Munyos “Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacağı Polşa çempionu “Rakuv”la mübarizədə şanslarını dəyərləndirib:

“Gördüyüm qədərilə “Qarabağ” bu mərhələdə mübarizə aparan istənilən komandanı məğlub edə bilər. Polşa çempionu ilə heç də asan olmayacaq. Amma bu heyət və baş məşqçi istənilən komanda ilə mübarizə aparmağa imkan verir. “Qarabağ” Çempionlar Liqasının qrupuna düşməyə namizədlər arasındadır”.

Qeyd edək ki, Cəbəllüttariqdəki ilk matçda 2:1 qalib gələn “Qarabağ” ümumi hesabda 6:1 üstün olaraq mərhələ adlayıb.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir