Dünya

Kəmərdə meşə yanır, evlər, xəstəxanalar boşaldılıb – VİDEO

Sharing is caring!


Türkiyənin Kəmər rayonunda Kəmər-Antalya avtomobil yolunun kənarındakı meşədə yanğın baş verib.

Antalya valisi Ersin Yazıcı yanğının 3,5 kilometr qərbə yayıldığını bildirib.

Məlumata görə, güclü külək səbəbindən alov bir anda ətrafa yayılıb. Yanğına 15 su çəni, səkkiz su tankeri, altı ilk müdaxilə maşını ilə çox sayda xilasedici qrup müdaxilə edir. Antalya və Kumlucadan da bölgəyə gücləndirilmiş yanğınsöndürən briqadaları göndərilib.

Yanğın təhlükəsi olan ətraf yaşayış məntəqələri, xəstəxanalar ehtiyat tədbiri olaraq boşaldılıb.

Mənbə: Hürriyet

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir