Dünya

İtaliya Çinlə səs-küylü layihə barədə qərarını dəyişdi

Sharing is caring!


İtaliya Çinlə bağlanmış “Bir kəmər – bir yol” investisiya sazişindən çıxmaq və 2023-cü ilin sonunda başa çatacaq müvafiq anlaşma memorandumunu yeniləməmək qərarına gəlib.

Bildirilir ki, ölkənin bu təşəbbüsdən çıxması İtaliyanın Baş naziri Corci Meloni ilə ABŞ Prezidenti Co Bayden arasında cümə axşamı Ağ Evdə keçiriləcək görüşdə müzakirə olunacaq. Baydendən o, alternativlər üzərində işləmək üçün imkanlar barədə təkliflər gözləyir.

Qeyd edək ki, Romaya “Bir kəmər və bir yol” təşəbbüsünə qoşulmağa icazə verən anlaşma memorandumu İtaliya və Çin tərəfindən 2019-cu ilin martında imzalanıb. Həmin vaxt İtaliya Çin investisiya proqramının layihələrində iştirak etməyə hazır olduğunu rəsmən təsdiqləyən “Böyük Yeddilik”dən ilk, Aİ-nin təsisçi ölkələrindən isə birinci ölkə oldu.

Memorandumun imzalanması ilə bağlı Romaya qarşı tənqidlər həm Brüsseldən, həm də Vaşinqtondan səsləndi, onlar İtaliyanı tələsik addımın nəticələrinə qarşı xəbərdar etdilər. Nəticədə İtaliyanın ovaxtkı Baş naziri Cüzeppe Konte bunun, beynəlxalq müqavilə deyil, məcburi olmayan çərçivə sazişi olduğunu deməyə məcbur oldu. Konte, həmçinin İtaliyanın yeni İpək Yolunda iştirakının Çinə milli ixracı artırmaq üçün zəruri olduğunu, milli maraqlara heç bir təhlükə yaratmadığını və Aİ strategiyasına tam uyğun olduğunu vurğulayıb.

Mənbə: La Repubblica qəzeti

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir