Dünya

Ekofəal Qreta Tunberqi altı aya qədər həbs gözləyir

Sharing is caring!


İsveçli ekofəal Qreta Tunberq Malmödə nümayiş zamanı qaydaları pozduğuna görə mühakimə olunacaq.

Məlumata görə, o, altı aya qədər həbs oluna bilər.

İttihama görə, 20 yaşlı Tunberq nəqliyyatın hərəkətini pozan nümayişdə iştirak edib və polisin yoldan çıxmaq əmrinə tabe olmayıb.

Maksimum cəza altı aya qədər həbs ola bilər. Lakin prokuror Şarlotta Ottosen bildirib ki, adətən belə ittihamlarla üzləşən cinayətkarlara cərimələr verilir.

Qeyd edək ki, iyunun 19-da “Reclaim the Future” (Gələcəyi bərpa et – red.) təşkilatının bir qrup etirazçıları mədən yanacaqlarından istifadəyə etiraz olaraq İsveçin cənubundakı Malmö şəhərinin limanının girişini bağlamağa cəhd ediblər. Tunberq şəxsi “Instagram” hesabında “Biz dayanmayacağıq. Gələcəyimizi geri qaytaracağıq”, – deyə yazıb.

Mənbə: Agence France-Presse (AFP)

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir