Cəmiyyət

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinə press-tur təşkil edilib – FOTO

Sharing is caring!


Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Mərkəzi Bank tərəfindən ölkənin aparıcı media orqanlarının nümayəndələri üçün Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası (MR) İdarəsinə press-tur təşkil edilib.

Oxu.Az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Naxçıvan şəhərində yerləşən ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri qoyublar. Sonra ulu öndərin adını daşıyan muzeydə onun həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olublar.

Daha sonra yerli televiziya və mətbuat nümayəndələri üçün Mərkəzi Bankın Naxçıvan MR İdarəsinə press-tur təşkil edilib. Jurnalistlər İdarənin fəaliyyəti, onun struktur bölmələri yaxından tanış olublar. Media nümayəndələrinə Mərkəzi Bankın Naxçıvan MR İdarəsinin əməkdaşları tərəfindən təqdimatlar keçirilib. Təqdimatlar zamanı muxtar respublikada bank-maliyyə institutlarının inkişafı və maliyyə savadlılığının artırılması istiqamətində görülən işlərdən bəhs edilib. Tədbir iştirakçıları həmçinin İdarənin yerinə yetirdiyi funksiyalara, eləcə də muxtar respublikanın sosial-iqtisadi həyatındakı əhəmiyyətli roluna dair mühüm məqamlarla tanış olublar.

Mərkəzi Bankın Naxçıvan MR İdarəsinə press-turdan sonra jurnalistlər Naxçıvan Dövlət Universitetində olub və universitetin fəaliyyəti barədə onlara ətraflı məlumat verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir