Dünya

Kremlə silahlı basqın niyyətində olan şəxs əməliyyatla zərərsizləşdirildi

Sharing is caring!


35 yaşlı Krasnoyarsk sakini Vyaçeslav Çernenko Moskva vilayətinin Şervud kottec şəhərciyindəki evlərdən birinə silahla daxil olaraq çıxmaqdan imtina edib.

Şəhərciyi qoruyan özəl mühafizə şirkətinin əməkdaşları polisə zəng etdikdən sonra həmin şəxs avtomat silahdan atəş açıb.

O, eyni zamanda siyasi şüarlar irəli sürüb və Kremlə basqın etmək üçün bütöv bir silah arsenalı topladığını bəyan edib.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Danışıqlar nəticə vermədikdə, xüsusi hücum əməliyyatı ilə silahlı şəxs zərərsizləşdirilib.

Hazırda hadisənin detalları araşdırılır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir