Dünya

İran hərbi rəhbərliyinin Şərqi Azərbaycana səfərinin məqsədi nədir? – VİDEO

Sharing is caring!


Cari həftənin ilk günü İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general Məhəmməd Bağerinin rəhbərliyi altında yüksək rütbəli hərbçilərdən ibarət böyük bir heyət ölkənin şimal-qərb regionuna, yəni Azərbaycan Respublikası ilə həmsərhəd bölgələrə, xüsusən Şərqi Azərbaycan əyalətinə səfər edib.

Səfərin əvvəlcədən iki günlük olacağı bildirilsə də, o, faktiki olaraq, dörd gün davam edib.

Belə ki, yayılan məlumatlara görə, general Bağeri iyulun 20-də Ərdəbil əyalətinin Azərbaycanla sərhəddə yerləşən Parsabad şəhərində olub.

Bu fakt, eləcə də səfərdə general Bağerini müxtəlif qoşun növlərinin, o cümlədən Sepahın yüksək komandanlığına daxil olan şəxslərin müşayiət etməsi ona verilən önəmin göstəricisi sayıla bilər. Mediada yayılan xəbərlərə görə, İran Ordusunun baş komandanı Əbdürrəhim Musəvi, Sepahın Quru Qüvvələrinin komandanı Kəyumərs Heydəri, Hərbi Hava Qüvvələrinin komandanı Həmid Vahidi və digər yüksək rütbəli hərbçilər Baş Qərargah rəisini müşayiət edən şəxslər sırasında olublar. General Bağerinin bölgəyə səfərinin ən diqqətçəkən məqamı onun Azərbaycan-İran sərhədinin sıfır nöqtəsinə baş çəkməsidir və bu, dolayısı ilə səfərin əsas hədəfi üzərinə işıq salır.

Təsadüfi deyil ki, İranın nüfuzlu “Cəmaran” saytı Baş Qərargah rəisinin sərhəd bölgəsinə səfərində məqsədin “İran-Azərbaycan müştərək sərhədində passiv müdafiənin son vəziyyətinin yoxlanması” olduğunu vurğulayıb. Bu çərçivədə general Bağeri Poldəşt və Culfa sərhəd məntəqələrində olub, daha sonra isə, artıq deyildiyi kimi, Parsabada yollanıb. Parsabadda o, Sepahın “Həzrət Abbas” korpusunun və Ərdəbil əyaləti üzrə sərhəd qoşunlarının komandanları ilə görüş keçirməklə yanaşı, helikopterdən, yəni havadan İran-Azərbaycan sərhəd zolağını müşahidə edib.

“Azad İran” “Youtube” kanalının mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir