Dünya

“Mançester Siti”nin futbolçusu Səudiyyə Ərəbistanı klubuna keçdi

Sharing is caring!


“Mançester Siti”nin futbolçusu Riyad Mahrez karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, əlcəzairli vinger “Əl-Əhli”də oynayacaq. O, yeni klubu üçün tibbi müayinədən keçib. Transferin yaxın günlərdə açıqlanacağı gözlənilir.

Keçidin maliyyə detalları bəlli deyil.

Mahrez 2018-ci ildə digər İngiltərə klubu “Lester”dən “Mançester Siti”yə keçib. 32 yaşlı futbolçu ötən mövsüm “şəhərlilər”in heyətində bütün turnirlərdə 47 oyun keçirib, 15 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, bu yay Kərim Benzema, Sergey Milinkoviç-Saviç, Marselo Brozoviç, Roberto Firmino, Kalidu Kulibali kimi futbolçular Səudiyyə Ərəbistanı klublarına keçiblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir