Dünya

Ərinin futbol izləməsinə mane olan qadın məhkum edildi – FOTO

Sharing is caring!


İngiltərəli qadın ərinin dostları ilə futbola baxmasına mane olduğu üçün təqibə görə məhkum edilib.

Qarşılaşmanın yayımı zamanı o, ərinə mesajlar yazıb, onu təhqir edib və evə qayıtmasını tələb edib.

Məlumata görə, 59 yaşlı Coan Hili əri Stiv dostları ilə birlikdə “Çelsi” – “Mançester Yunayted” oyununa baxarkən ona dəfələrlə zəng edib və mesaj yazıb. Kişi bezərək zənglərə cavab vermədikdə isə qadın ərinin dostlarının diqqətini yayındırmağa başlayıb. Hilinin həmin anda sərxoş olduğu bildirilib.

Stivin polisə şikayətindən sonra iş məhkəməyədək gedib çatıb. Coan təqibdə günahını etiraf edib və 12 aylıq ictimai xidmətə məhkum olunub.

Bundan əlavə, qadın 80 funt sterlinq cərimə ödəməli, 20 günlük reabilitasiya kursundan keçməli və əlavə olaraq 234 funt sterlinq vəkillik xərclərini qarşılamalıdır.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir