Dünya

Netanyahu və Abbas Türkiyəyə səfər edəcəklər

Sharing is caring!


Fələstin prezidenti Mahmud Abbas və İsrailin baş naziri Benyamin Netanyahu gələn həftə üç gün fərqlə Türkiyəyə səfər edəcəklər.

“Bir həftə ərzində prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə Fələstin Prezidenti Mahmud Abbas və İsrailin Baş naziri Benyamin Netanyahunu ayrı-ayrılıqda qəbul edəcək. Dövlət başçısının dəvəti ilə ölkəmizə gələcək liderlər aktual regional və qlobal problemlər ətrafında fikir mübadiləsi aparacaqlar”, – Türkiyə Prezidentinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, M.Abbas Türkiyəyə iyulun 25-də, B.Netanyahu isə iyulun 28-də səfər edəcək.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir