Dünya

Corc Klunidən “Vaqner” çağırışı

Sharing is caring!


Hollivud ulduzu və Afrikadakı silahlı münaqişələrin sponsorları ilə mübarizə üçün “The Sentry” layihəsinin həmtəsisçisi Corc Kluni Mərkəzi Afrika Respublikasında “Vaqner” özəl hərbi şirkəti ilə (ÖHŞ) mübarizə aparmağa çağırıb.

O, “Vaqner” üzvlərini terrorda günahlandırıb və ÖHŞ-nin münaqişə qızıllarla, həmçinin qanlı almazlarla ödəniş alaraq, ölkənin sərvətini özəlləşdirdiyini və qurutduğunu deyib. Amerikalı aktyor “vaqnerçilər”in onların vəhşiliklərinin bütün şahidlərini, o cümlədən qadın və uşaqları iz qoymadan aradan götürdüklərini vurğulayıb.

Kluninin sözlərinə görə, ABŞ, Avropa İttifaqı İŞİD və “Əl-Qaidə” ilə mübarizə təcrübəsinə əsaslanaraq “Vaqner”in biznes imperiyasını ləğv etməyə yönəlmiş xüsusi koalisiya yaratmalıdır.

Aktyor digər məsələlərlə yanaşı, ÖHŞ-nin maliyyə və hüquqi məsuliyyətə cəlb edilməsinin vacibliyini də qeyd edib.

“Mərkəzi Afrika Respublikası və digər Afrika ölkələrinin hakimiyyət orqanları ilə əlaqəli təşkilatlara, o cümlədən onları dəstəkləyən hüquqşünaslara və maliyyəçilərə qarşı sanksiyaların sərtləşdirilməsi “Vaqner”lə gələcək ittifaqları düşünənlərə çəkindirici təsir göstərə bilər. Bu olmasa, “Vaqner” virusu sağ qalacaq”, – deyə aktyor sözlərini yekunlaşdırıb.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Afrika ölkələrində “Vaqner” bölmələrinin gələcəyi onları dəvət etmiş ölkələrin mövqeyindən asılı olacaq.

Mənbə: The Economist

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir