Dünya

Bolqarıstan müdafiə nazirini öldürməklə hədələyən şəxs həbs edilib

Sharing is caring!


Bolqarıstanın yeni müdafiə naziri Todor Taqarevi ölümlə hədələdiyi iddia olunan 39 yaşlı kişi saxlanılıb.

Bu barədə ölkənin hüquq-mühafizə orqanları məlumat verib.

Məlumata görə, saxlanılan şəxs ölümlə təhdid etdiyi vədlərini sosial şəbəkələrdə səsləndirib.

“Təqsirləndirilən şəxs sosial şəbəkədəki şəxsi profilində nazirə mesaj göndərərək onu öldürməklə hədələyib. O, Ukraynadakı müharibə ilə bağlı mövqeyini bəyənmədiyi üçün Taqarevə hədə-qorxu gəlib. İstintaq zamanı müəyyən edilib ki, hədə-qorxu mesajlarının göndərildiyi sosial şəbəkə profili təqsirləndirilən şəxs tərəfindən yaradılıb və istifadə edilib”, – deyə məlumatda bildirilib.

Qeyd edilib ki, Taqarev sələfi ilə müqayisədə bu məsələdə avropayönlü mövqe tutaraq, Ukraynaya hərbi, maliyyə və humanitar yardımın göstərilməsini dəstəkləyir. Bolqarıstanın yeni müdafiə naziri xüsusilə Kiyevə ağır silahların göndərilməsinin tərəfdarı olduğunu deyib.

Mənbə: “Euractiv”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir