İdman

“Qarabağ”ın Çempionlar Liqasındakı mümkün növbəti oyununun vaxtı məlum oldu

Sharing is caring!


“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki mümkün oyunun vaxtı müəyyənləşib.

UEFA-nın rəsmi saytının yaydığı məlumata görə, Azərbaycan çempionu Cəbəllüttariq təmsilçisi “Linkoln”u keçəcəyi təqdirdə, Polşa klubu “Rakuv”u ilə iyulun 26-da qarşılaşacaq. Görüş Polşada baş tutacaq və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Qeyd edək ki, “Qarabağ”la “Linkoln” bu gün Bakı Olimpiya Stadionunda I təsnifat mərhələsinin cavab oyununa çıxacaqlar. Matç saat 20:00-da başlayacaq. Bu komandalar arasındakı ilk oyunda Azərbaycan çempionu 2:1 hesablı qələbə qazanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir