Dünya

Hollivud aktyorları tətillərə başlayıblar

Sharing is caring!


Hollivudda aktyorlar tətil edirlər. Onlar daha yüksək maaş, pensiya ayırmaları, yaxşı tibbi sığorta tələb edirlər.

Məlumata görə, tətildə “Paramount”dan tutmuş “Warner Bros”a qədər əsas şirkətlərin adı hallanır.

Bu gün televiziya və kinostudiyaların aktyorlara iş şəraitinin yaxşılaşdırılması, o cümlədən dünyada ilk dəfə süni intellektlə rəqabətdən qorunma qaydasının müqavilələrə salınması üçün bir milyard dollardan çox pul təklif etdikləri də məlum olub.

Lakin aktyorlar bundan imtina ediblər. Əgər tətil sentyabrın 1-dək bitməsə, Hollivud “mütləq çöküş”lə üzləşə bilər: yeniliklər olmasa, tamaşaçılar sənayeni saxlayan ödənişli abunəliklərdən imtina etməyə başlayacaqlar.

Mənbə: RİA Novosti “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir