Dünya

Peskov xəbərdarlıq etdi: “Rusiyasız “Taxıl sazişi”ni davam etdirmək istəyən ölkələr riskləri nəzərə alsınlar”

Sharing is caring!


“Rusiyanın iştirakı olmadan “Taxıl sazişi”nin icrasını davam etdirməyə çalışan tərəflər riskləri nəzərə almalıdırlar. Belə ki, Ukrayna taxılının ixracı marşrutu hərbi əməliyyatlar zonasının yaxınlığından keçir”.

Bu sözləri Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbət zamanı deyib.

Kreml təmsilçisindən Rusiyanın iştirakı olmadan “Taxıl sazişi”nin davam etdirilməsi ilə bağlı Kiyevin Ankaraya etdiyi təklifə münasibət bildirmək istənilib.

“Bu suala, əlbəttə ki, hərbçilərimiz tərəfindən şərh verilməlidir, çünki söhbət birbaşa döyüş bölgəsinə yaxın olan zonadan gedir və bu zaman da müvafiq təhlükəsizlik zəmanəti olmadan müəyyən risklərin yaranması məsələsi ortaya çıxır”, – deyə Peskov qeyd edib.

Onun sözlərinə görə, Rusiya olmadan hansısa addımlar atılarsa, o zaman bu risklər nəzərə alınmalıdır.

“Burada biz deyə bilmərik ki, hansı ölkələr və nə dərəcədə bu riskləri öz üzərilərinə götürməyə hazır olacaqlar”, – deyə Peskov əlavə edib.

Mənbə: İnterfaks.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir