Dünya

Rusiya Ukraynanın şəhər və kəndlərini atəşə tutdu: Ölənlər və yaralananlar var

Sharing is caring!


Rusiya qoşunları Ukraynanın Donetsk vilayətindəki Avdeyevka şəhərini və üç kəndi – Stepanovka, Stepnoye və Makarovkanı “Qrad” və “Smerç” reaktiv yaylım atəşi sistemlərindən atəşə tutub.

Nəticədə üç nəfər ölüb, beş nəfər yaralanıb.

Bu barədə Ukrayna Baş Prokurorluğu məlumat verib.

“Partlayışlar nəticəsində 3 yerli sakin həlak olub. Bu, 52 yaşlı qadın, 52 və 49 yaşlı iki kişidir. Sonuncu su götürmək üçün quyuya gedərkən küçədə atəşə tuş gəlib”, – deyə məlumatda qeyd edilib.

Həmçinin onun 20 yaşlı oğlu və 45-76 yaşlarında olan daha dörd qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar mina partlaması və qəlpə yaraları ilə tibb müəssisələrinə yerləşdiriliblər. İki nəfərə kontuziya və travmatik şok diaqnozu qoyulub”, – deyə Baş Prokurorluqdan əlavə edilib.

Mənbə: RBC-Ukrayna

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir