Dünya

Dubayda daha bir dəbdəbəli avtomobil patrul xidmətinə başlayıb

Sharing is caring!


Dubay polisi (Birləşmiş Ərəb Əmirliyi) lüks avtomobillər parkı üçün yeni lüks nəqliyyat vasitəsi alıb.

Bu barədə bazar günü əmirlik hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, polisin patrul avtomobilləri parkına “Bentley Continental GT V8” əlavə edilib.
Lüks avtomobil Dubay Polis Klubunda təqdim olunub. Tədbirdə hüquq-mühafizə orqanlarının, eləcə də “Bentley” avtomobil istehsalçısının nümayəndələri iştirak ediblər.

Dubay Polisinin Cinayət Axtarış Departamentinin rəisi, general-mayor Camal Əl-Cəlləf bildirib ki, yeni patrul avtomobili 542 at güclü səkkiz silindrli mühərriklə təchiz edilib və 100 km/saat sürəti 3,9 saniyəyə yığa bilir.

Xatırladaq ki, Dubay polisi bütün dünyada super avtomobil parkı ilə tanınır. Hüquq-mühafizə orqanlarının qarajında “Bugatti Veyron”, “Lamborghini Aventador”, “Mercedes-Benz SLS AMG”, “BMW i8” və digər avtomobillər var.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir