Kriminal

Eldar Həsənovun məhkəməsi oldu – Fotolar

Sharing is caring!

Azərbaycanın həbsdə olan keçmiş baş prokuroru, sabiq səfir Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Xəbəral.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.

Əvvəlcə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Daha sonra vəkillər zalın dəyişdirilməsi, prosesin daha böyük zalda keçirilməsini istəyib. Eldar Həsənov vəsatətə etiraz etməyib. Vəsatətə növbəti iclasda baxılması qərara alınıb.

Vəkillər Eldar Həsənovun şüşə qəfəsdən çıxarılaraq zalda oturdulması barədə də vəsatət verib. Dövlət ittihamçısı vəsatətə etiraz etməyərək bunu məhkəmənin qərarına buraxıb, lakin məhkəmə hazırkı prosesdə vəsatəti təmin etməyib.

Prosesin davamında təqsirləndirilən şəxsin vəkili Cəlil Mirzəyev bildirib ki, müdafiə etdiyi şəxsin istintaq zamanı hüquqları pozulub, ittiham aktı prosessual tələblərə uyğun tərtib edilməyib, tanış etmə hüququ pozulub. O, işin yenidən istintaqa qaytarılmasını və məhkəmə işinə xitam verilməsini, baxış iclasının keçirilməməsini xahiş edib.

***

İclasda cinayət işi baxışa verilib.

Məhkəmə baxışı sentyabrın 9-a təyin edilib.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir