Dünya

Cənubi Koreyada yağışlar nəticəsində ölənlərin sayı 37-yə çatıb

Sharing is caring!


Cənubi Koreyada güclü yağışlar, daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.

Bununla bağlı bazar günü ölkənin təhlükəsizlik və təbii fəlakətlərə cavab tədbirləri üzrə mərkəzin qərargahına istinadən məlumat yayılıb.

Bildirilib ki, daha 10 nəfər itkin düşüb.

Güclü yağışlar nəticəsində yerli çaylar məcrasından çıxıb. 685 metr uzunluğunda tuneldə avtobus da daxil olmaqla, 15 avtomobil qalıb. Bu səbəbdən zərərçəkənlərin sayının arta biləcəyi istisna edilmir.

Hazırda axtarış əməliyyatları davam edir. Bildirilir ki, təbii fəlakət qurbanlarının sayı son 12 ildə ölkə üzrə ən yüksək göstəriciyə çatıb.

Xatırladaq ki, 2011-ci ildə ölkədəki təbii fəlakət nəticəsində 78 nəfər itkin düşüb və ya ölüb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir