Dünya

Britaniyanın müdafiə naziri Şoyqu ilə zarafatından danışdı

Sharing is caring!


Britaniyanın müdafiə naziri Ben Uolles “The Times” qəzetinə müsahibəsində Şoyquya qarşı etdiyi gizli zarafatdan danışıb.

Onun sözlərinə görə, hələ Ukraynada münaqişə başlamazdan əvvəl London və Kiyev arasında hələ də etibarlı şifrəli əlaqə yaradılmamışdı. Həmin dövrdə Britaniya və Ukrayna müdafiə nazirləri öz aralarında məxfiliyi qorumaq üçün Londonun Kiyevə tədarük etdiyi silahları şotland viski markaları ilə adlandırmağa razılaşıblar.

Məsələn, nazirlərin yazışmasında NLAW tank əleyhinə raketlər “Glenfiddich” “Harpoon” gəmi əleyhinə raketlər isə “Islay” kimi qeyd olunub.

“Mən ona sadəcə olaraq “Sənin üçün viski almışam” və ya “Viski yoldadır” yazırdım. Biz, iki nazir, viski adlarını özümüz üçün kod sözlər kimi seçmişik”, – deyə Uolles bildirib.

Fevralın ortalarında, hərbi əməliyyatların başlamasına iki həftədən az vaxt qalmış Uolles Moskvaya səfər edib. O, rusiyalı həmkarı Sergey Şoyquya hədiyyə olaraq bir şüşə viski gətirib:

“Bir-birimizə hədiyyələr verdik, mən də ona bir şüşə “Glenfiddich” verdim. O, bunun nə demək olduğunu bilmirdi. Bu, əslində gizli bir zarafat idi”, – Britaniyanın müdafiə naziri qeyd edib.

Mənbə: rbc.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir