Dünya

İranın Şimali Xorasan əyalətində ən azı 150 uşaq məcburi əməyə cəlb edilib – FOTO

Sharing is caring!


İranın Şimali Xorasan əyalətində ən azı 150 uşaq məcburi əməyə cəlb edilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

İranda İnsan Haqları Təşkilatından bildirilib ki, Şimali Xorasan əyalətinin Sosial Yardım Təşkilatında faktla bağlı cəmi 158 uşaq barəsində dosye açılıb.

Təşkilatın sədr müavini Hüseyn Xəlilzadə 158 uşağın kimliyini müəyyən etməklə yanaşı, onların müxtəlif sahələrdə qanunsuz şəkildə istismar edilməsini də etiraf edib.

Xatırladaq ki, Beynəlxalq Əmək Təşkilatının dərc etdiyi statistikaya əsasən, İranda 10 milyona yaxın uşaq məcburi əməyə cəlb olunub.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir