Dünya

Türkiyə XİN başçısı: “Taxıl dəhlizi sahəsində gördüyümüz işlər misli görünməmiş bir aclığın qarşısını aldı”

Sharing is caring!


“Taxıl Dəhlizi sahəsində gördüyümüz işlər misligörünməmiş bir aclığın qarşısını aldı. Bunun müsbət təsiri hər yerdə hiss olunur”.

Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Türkiyə-ASEAN Sektoral Dialoq Tərəfdaşlığı Üçtərəfli Toplantısındakı çıxışında səsləndirib.

XİN rəhbəri onu da bildirib ki, Türkiyə azad xarici siyasət yürütməkdə davam edəcək:

“Biz bu mənada ASEAN-a çox bənzəyirik. ASEAN, həqiqətən də, Cənub-Şərqi Asiya üçün dinc və firavan bir yolun planlaşdırılmasında mühüm rol oynayıb. Bir çoxları bu bölgənin münaqişəyə məhkum olduğunu düşünür. Bununla belə, ASEAN regional problemlərə həll yolları gətirməlidir. Bu mənada mənzərə çox aydındır”.

Qeyd edək ki, H.Fidan Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) üzv ölkələrin xarici işlər nazirlərinin illik toplantısında iştirak etmək üçün Cakartadadır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir