Dünya

Rusiyada qarajda cəsədlərlə dolu soyuducular tapılıb – FOTO

Sharing is caring!


Rusiya Federasiyasının Samara vilayətindəki qarajlardan birində qeyri-qanuni meyitxana aşkar edilib.

Orada cəsədlər üzərində “ət” və “dondurma” yazıları olan adi mağaza soyuducularında saxlanılıb.

Məlumata görə, yaşlı qadın və kişilərin cəsədlərini yerli bloqer Kseniya Stefan aşkar edib. Soyuducuların üzəri karton parçaları ilə örtülüb.

Meyitlərin ətrafında çələnglər və xaçlar da tapılıb. Ehtimal ki, qarajı yerli dəfn xidmətləri şirkətlərindən biri meyitxanaya çevirib.

Məsələ ilə bağlı artıq polisə müraciət olunub.

Mənbə: mk.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir