Dünya

Putin ölkəsinin taxıl sazişində iştirakının şərtini açıqladı

Sharing is caring!


Moskva müqavilələr çərçivəsində ona verilən bütün vədlər yerinə yetirilənə qədər taxıl sövdələşməsində iştirakını dayandıra bilər.

Bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya-24” telekanalının efirində deyib.

“Biz bu sövdələşmədə iştirakımızı dayandıra bilərik. Qoy bizə verilən bütün vədləri yerinə yetirsinlər. Biz də dərhal sövdələşməyə qayıdacayıq”, – o deyib.

Rusiya dövlətinin başçısı əmin edib ki, Moskva taxıl müqaviləsini uzatmağa hazırdır.

“Biz onu uzadacağıq. Məhz bizə verilən vədlər yerinə yetiriləndən sonra”, – o vurğulayıb.

Prezident qeyd edib ki, Rusiya Federasiyası onun qarşısında öhdəliklərin yerinə yetirilməsi üçün “nə qədər lazımdırsa” gözləməyə hazırdır.

Putin vurğulayıb ki, Rusiya artıq “əvvəlcə sazişin uzadılması, sonra vədlərin yerinə yetirilməsi” variantı ilə kifayətlənmir.

“Əvvəlcə vədlərin yerinə yetirilməsi, sonra bizim iştirakımız”, – deyə Rusiya dövlət başçısı Moskvanın mövqeyini açıqlayıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir