Dünya

Hollivud aktyorları da etiraza hazırlaşırlar

Sharing is caring!


Hollivud aktyorları tətil etmək niyyətlərini açıqlayıblar.

Gildiya Şurası yekun qərar qəbul etmək üçün iyulun 13-də iclas keçirib.

Bundan əvvəl ABŞ Kino Aktyorları Gildiyası və Film Prodüserləri Alyansı yeni müqavilələr üzrə dörd həftəlik danışıqlardan sonra razılığa gələ bilməyiblər.

Qeyd edək ki, ABŞ-də kino və televiziya aktyorlarının son tətili 1980-ci ildə baş verib.

Xatırladaq ki, yazda amerikalı ssenaristlər qonorarların minimum həddinin və yayım layihələri üçün ödəniş şərtlərinin artırılmasını tələb edərək tətilə başlayıblar. Onlar həmçinin süni intellektdən istifadənin ciddi şəkildə məhdudlaşdırılmasını tələb edirlər.

Mənbə: mir24.tv

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir